0
Thursday 3 June 2021 - 10:02

Suriyada terror aktı törədilib, xəsarət alanlar var

Story Code : 936037
Suriyada terror aktı törədilib, xəsarət alanlar var
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Cerabulus şəhərində qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində iki dinc sakin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Regionun təhlükəsizlik qüvvələri hadisənin YPG (PKK-nın Suriya qanadı) terrorçuları tərəfindən törədildiyini istisna etmir.