QR CodeQR Code

Təhqir olunan AB ölkələri ABŞ-a cavab verə bilmir - Zaxarova

Axar , 3 Jun 2021 11:24

İslamtimes - Avropa Birliyi ölkələri ABŞ və Danimarkanın xüsusi xidmət orqanlarının avropalı siyasətçiləri dinləməsinə adekvat cavab vermək üçün bir yol tapa bilmirlər.



Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
 
"Nə İsveç, nə Norveç, nə Fransa, nə də Almaniya ABŞ-Danimarka ikilisinin onlarla uyğun olmayan hərəkət etdiyini görməməzlikdən gələ bilmədi. Ancaq təhqir olunan ölkələr hələ də iddialarını necə tərtib edəcəklərini düşünməyiblər", - Zaxarova vurğulayıb.
 
Zaxarova siyasətçiləri dinlənilən ölkələrin nə sanksiya, nə də səfirliklərin bağlanması kimi addımlar atmadığını, yalnız Norveç və İsveçin Danimarkdan həssaslıqla izahat tələb etdiyini söyləyib.
 
Qeyd edək ki, Almaniyanın "Süddeutsche Zeitung" qəzeti 2012-2014-cü illərdə ABŞ Milli Təhlükəsizlik Agentliynin Danimarkanın köməkliyi ilə avropalı siyasətçiləri izlədiyini iddia edib.
 


Story Code: 936058

News Link :
https://www.islamtimes.org/az/news/936058/təhqir-olunan-ab-ölkələri-abş-a-cavab-verə-bilmir-zaxarova

Islam Times
  https://www.islamtimes.org