QR CodeQR Code

Rusiya bu yay İran neftinin bazara qayıtmasını istisna etmir

3 Jun 2021 11:54

İslamTimes: Bu ilin yayında İran neftinin bazara qayıtması mümkündür, lakin bu, bir çox amillərdən asılı olacaq.


"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Əlbəttə, hər hansı bir həcm ola bilər. Müqavilə həqiqətən imzalanırsa, yəni ABŞ-ın əvvəlki anlaşmaya qayıdacağı baş verərsə, təbii ki, İranın embarqonu ləğv etmək, hasilatı artırmaq və ixrac etmək imkanı olacaq", - deyə Novak qeyd edib.

O həmçinin bildirib ki, bu, birbaşa olaraq İranın özündən, onun texniki imkanlarından və hazırlığından asılı olacaq: "Bunun bazara necə təsir edəcəyini əlavə olaraq qiymətləndirməliyik".


Story Code: 936067

News Link :
https://www.islamtimes.org/az/news/936067/rusiya-bu-yay-iran-neftinin-bazara-qayıtmasını-istisna-etmir

Islam Times
  https://www.islamtimes.org