0
Thursday 3 June 2021 - 12:48

Zelenski anti-Rusiya sanksiyalarını daha da sərtləşdirməyə çağırıb

Story Code : 936072
Zelenski anti-Rusiya sanksiyalarını daha da sərtləşdirməyə çağırıb
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Kiyevdə ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə deyib.

“AB və ABŞ-ın tətbiq etdiyi sanksiyalar bu gün artıq işə yaramır. Rusiya bununla yaşamağa öyrəşib, digər əraziləri ələ keçirməyə və Avropanı hədələməyə davam edir. Mədəni dünya buna icazə verə bilməz. Buna görə hesab edirəm ki, sadəcə təzyiq göstərmək kifayət etmir, sanksiya siyasətinin yeni formatını yaratmaq lazımdır", Ukrayna dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müvəqqəti işğal olunmuş ərazilərdə və Ukrayna sərhədi boyunca Rusiya qoşunlarının cəmləşməsi müşahidə edilir.

Zelenski bildirib ki, Rusiya Ukrayna sərhədləri boyunca və işğal altındakı Krımda təyyarə və hərbi texnikasının sayını artırır.