QR CodeQR Code

Çin: ABŞ İrana qarşı bütün birtərəfli sanksiyaları ləğv etməlidir

3 Jun 2021 23:49

İslamTimes: Çin Xarici İşlər Nazirliyi HBFP sazişi ilə bağlı ixtilafların həll edilə bilən olmasına işarə ilə bildirib ki, ABŞ bu sazişi pozan tərəf olduğu üçün bu gün sazişin yenidən bərpa olunmasından öncə İrana qarşı bütün birtərəfli sanksiyaları ləğv etməlidir.


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin, cümə axşamı keçirdiyi mətbuat konfransında deyib: "Hal-hazırda HBFP sazişinə sadiq qalmaqla bağlı davam edən danışıqlarda əhəmiyyətli irəliləyişlər əldə edilib. Tərəflər razılığa gəlmək üçün siyasi iradə nümayiş etdirirlər."

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Bununla belə, intensiv danışıqlar yolu ilə həll edilməsi lazım olan fikir ayrılıqları var. Çin ümid edir ki, tərəflər bu maneələri aşacaq və daha sürətli əmin addımlarla irəliləyib ən qısa zamanda güclü siyasi qərarlar qəbul edəcəklər."

Vanq Venbin deyib ki, İranın nüvə məsələsi ilə bağlı əsas problem ABŞ-ın (Tramp administrasiyasının) HBFP sazişindən çıxaraq, İrana maksimum təzyiq adı altında sanksiyalar tətbiq etməsidir.


Story Code: 936170

News Link :
https://www.islamtimes.org/az/news/936170/çin-abş-irana-qarşı-bütün-birtərəfli-sanksiyaları-ləğv-etməlidir

Islam Times
  https://www.islamtimes.org