QR CodeQR Code

Misirdə tutulan İordaniyalı casusun təhlükəli etirafları!

islamtimes , 21 Aug 2011 23:01

Translator :

Islamtimes - Bu ölkədə tutulan İordaniyalı bir casusdan əldə etdiyi məlumatlar, Mossadın Orta şərqdəki bütün ölkələrdə casusluq etdiyini isbat edir.


islamtimes.org/az/ - Misir Təhlükəsizlik Prokurorluğunun bu ölkədə tutulan İordaniyalı bir casusdan əldə etdiyi məlumatlar, Mossadın Orta şərqdəki bütün ölkələrdə casusluq etdiyini isbat edir.

Misirin paytaxtı Qahirədə bir iordaniyalı və bir israilli sionist İsrailə casusluq etmə cinayəti ilə tutulduqdan sonra sorğulanmaları üçün Misir Baş Prokurorluğuna təhvil veriliblər.

"Əl Ehram" qəzetinin xəbərinə görə Misir Təhlükəsizlik Prokurorluğu, iordaniyalı casus "Bəşşər İbrahim Əbu Zeyd"lə əlaqədar araşdırmaları nəticəsində, Əbu Zeydin də etiraf etdiyi təhlükəli həqiqətləri ortaya çıxarıb.

Əbu Zeydin etiraflarına görə, İsrailin casusluq təşkilatı "Mossad" cib telefonu sim kartları vasitəsilə Misir, Suriya, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Əlcəzair, Livan, İraq və İran başda olmaqla Orta Şərqdə bütün ölkələrdə qurulan beynəlxalq rabitə və internet vasitəsilə olan əlaqələri dinləyir.

Həmçinin araşdırmalardan aydın oldu ki, Misirdə 2 il əvvəl Əbu Ziyad tərəfindən qurulan bu şəbəkə ilə əlaqədar hələ heç bir misirli tutulmayıb.


Story Code: 93620

News Link :
https://www.islamtimes.org/az/news/93620/misirdə-tutulan-iordaniyalı-casusun-təhlükəli-etirafları

Islam Times
  https://www.islamtimes.org