0
Saturday 5 June 2021 - 09:20

İordan çayının qərb sahilində 300-dək fələstinli yaralanıb

Story Code : 936398
İordan çayının qərb sahilində 300-dək fələstinli yaralanıb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırmızı Aypara cəmiyyətindən bildirilib.

Bundan qabaq cümə günü ərzində 23 fələstinlinin yaralandığı bildirilirdi.

“Qərb sahilində Nablus şəhəri yaxınlığındakı Bita və Beyt Dəcan bölgələrində İsrail əsgərləri ilə toqquşmalarda 293 fələstinli yaralanıb”, - deyə məlumatda qeyd olunub.

Məlumata görə, onlardan 26-sı odlu silahdan açılan güllələrdən yaralanıb və Nablus xəstəxanalarına yerləşdirilib.

Bildirilir ki, toqquşmalar Şərqi Qüdsdəki məhəllələrin birində fələstinlilərin evlərindən çıxarılması ilə bağlı sionist rejim məhkəməsinin qərarına etiraz olaraq “Şeyx Cərrahı xilas edin” şüarı altında təşkil edilmiş yürüş zamanı baş verib.