0
Saturday 5 June 2021 - 10:32

Co Bayden Administrasiyası fələstinlilərlə əlaqələri bərpa edəcəyini bildirib

Story Code : 936402
Co Bayden Administrasiyası fələstinlilərlə əlaqələri bərpa edəcəyini bildirib
SalamNews Sputnik-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antonio Blinken rəsmi tvitter səhifəsində yazıb.

Antonio Blinken Qəzza müharibəsindən sonra bölgəyə səfər etdiyini bildirib və əlavə edib ki, ABŞ fələstinlilərlə əlaqələri bərpa edəcək.

Qeyd edək ki, sabiq ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı tanıyandan sonra, Fələstin Muxtariyyətinin ABŞ-dakı nümayəndəliyini də bağlayıb. Tramp həmçinin BMT-nin Fələstinli qaçqınlar üzrə fonduna dəstəyini dayandırıb və münaqişə üzrə yayımladığı yeni planda İsrailin işğal edilmiş Fələstin ərazilərinin üzərində suverenliyini tanıyıb.

Yeni ABŞ hökuməti fələstinlilərlə münasibətləri normallaşdırmaq istiqamətində vəd etdiyi ilk addımı şərh edərək bildirib ki, ABŞ-ın Fələstin üzrə konsulluğunu Qüdsdə açacaq.