0
Sunday 6 June 2021 - 01:51

Sionist rejim vətəndaşları Netanyahunun məğlubiyyətini qeyd etdi

Story Code : 936524
Sionist rejim vətəndaşları Netanyahunun məğlubiyyətini qeyd etdi
Xəbər mənbələri bildirir ki, Sionist rejim vətəndaşları baş nazir Benyamin Netanyahunun məğlubiyyətini qeyd etmək üçün işğal olunmuş ərazilərdə bir araya gəliblər.

"Jerusalempost" qəzeti bir reportajda yazıb ki, sionist rejim vətəndaşları "Bennet-Lapid" koalisiya kabinetinin qurulmasına, eyni zamanda işğalçı rejimin hazırkı baş naziri Benyamin Netanyahunun məğlubiyyətinə görə sevinir...

Etirazlara Netanyahuya qarşı uzun zamandır ki, etiraz aksiyaları təşkil edən "Qara Bayraqlılar" hərəkatı, və digər hərəkatlar rəhbərlik edir. Bu hərəkatlar bir neçə aydır ki, Netanyahunun korrupsiyada ittiham edilməsi səbəbindən, onun istefa verməsini tələb edirlər.

"Qara Bayraqlılar" bildirib: "Birlik hökumətinin vaxtı gəldi. "Bennett və Lapid, sizə dəstək oluruq."