0
Sunday 6 June 2021 - 09:00

Almaniyada şok iddia: Yararsız maskalar onlara veriləcək

Story Code : 936551
Almaniyada şok iddia: Yararsız maskalar onlara veriləcək
Axar.az xəbər verir ki, bu barədə məşhur alman jurnalı “Der Spigel” yazıb.

Jurnal yazır ki, nazirlik keçən il 1 milyard avro dəyərində maskalar alıb. Nazirliyin istiliyə dözümlülük testini etdirmədiyi və bu səbəbdən maskaların istifadəyə yararsız olduğu aşkarlanıb.

Həmçinin jurnal iddia edib ki, Səhiyyə Nazirliyi sözügedən maskaların paylanması üçün Əmək Nazirliyindən təsdiqlənmə istəyib, lakin müsbət cavab almayıb.

Almaniya Səhiyyə Nazirliyi açıqlamasında iddiaları rədd edib:

"Federal hökumət maskaların məhv edilməsi ilə bağlı heç bir qərar vermədi. Bu baxımdan iddiaların və bu xəbərin əsasını bilmirik. Nazirlik test prosedurlarında çatışmazlıqlar aşkar edildiyi müddətcə məhsulları qəbul etmədi və onlar üçün heç bir ödəmə etmədi".