QR CodeQR Code

Almaniyada şok iddia: Yararsız maskalar onlara veriləcək

6 Jun 2021 09:00

İslamTimes: Almaniya Səhiyyə Nazirliyi keçən ildən qalan istifadəyə yararsız maskaları əlillərə, sosial yardım alanlara və yaşlılara paylamağı planlaşdırır.


Axar.az xəbər verir ki, bu barədə məşhur alman jurnalı “Der Spigel” yazıb.

Jurnal yazır ki, nazirlik keçən il 1 milyard avro dəyərində maskalar alıb. Nazirliyin istiliyə dözümlülük testini etdirmədiyi və bu səbəbdən maskaların istifadəyə yararsız olduğu aşkarlanıb.

Həmçinin jurnal iddia edib ki, Səhiyyə Nazirliyi sözügedən maskaların paylanması üçün Əmək Nazirliyindən təsdiqlənmə istəyib, lakin müsbət cavab almayıb.

Almaniya Səhiyyə Nazirliyi açıqlamasında iddiaları rədd edib:

"Federal hökumət maskaların məhv edilməsi ilə bağlı heç bir qərar vermədi. Bu baxımdan iddiaların və bu xəbərin əsasını bilmirik. Nazirlik test prosedurlarında çatışmazlıqlar aşkar edildiyi müddətcə məhsulları qəbul etmədi və onlar üçün heç bir ödəmə etmədi".


Story Code: 936551

News Link :
https://www.islamtimes.org/az/news/936551/almaniyada-şok-iddia-yararsız-maskalar-onlara-veriləcək

Islam Times
  https://www.islamtimes.org