0
Sunday 6 June 2021 - 09:23

Qətər: “Fələstinə görə İsrail rejimi ilə münasibətləri normallaşdırmayacağıq”

Story Code : 936552
Qətər: “Fələstinə görə İsrail rejimi ilə münasibətləri normallaşdırmayacağıq”
Deyerler.org xəbər verir ki, Məhəmməd Əbdürrəhman Əl-Sani dünən (4 iyun) CNBC-ə verdiyi müsahibə verib.

O, Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurası (KƏŞ) ilə əlaqələrin yaxşılaşdırılmasından da danışdaraq, üç il yarım davam edən Qətər mühasirəsinin bu ilin yanvarında sona çatacağına ümid etdiyini bildirib.

Əl-Sani müsahibədə, Qətərin İsrail rejimi ilə əlaqəsinin olmamasının əsas səbəbinin “Fələstin ərazilərinin işğalı” olduğu üçün İsrail rejimi ilə münasibətləri normallaşdırmaq istəmədiyini söyləyib: “Bu səbəb hələ də qüvvədədir və barışıq üçün hələ bir addım və ya ümid yoxdur. Bu tunelin sonunda heç bir işıq görmədik”.

Qətər baş nazirinin müavini vəzifəsini də icra edən Əl-Sani, İsrail rejimi ilə əlaqələrin qurulmasının sionistlər və fələstinlilər arasında uzun müddətdir davam edən problemləri həll edə bilməyəcəyini vurğulayıb: “İnanıram ki, əvvəlcə bu münaqişələrə (fələstinlilərlə sionist rejim arasında) baxmalıyıq .... sonra İsrail rejimi ilə barışıq üçün addımlar atmalıyıq”.

Qətərin xarici işlər naziri, ölkəsinin ABŞ və İran arasında danışıqları asanlaşdırmağa hazır olduğunu da açıqlayıb: “ABŞ Qətərin strateji müttəfiqidir və biz bu strateji müttəfiqliyi davam etdirmək istəyirik, digər tərəfdən İran bizim yaxın qonşumuzdur və orada sülh görmək istəyirik.

Qətər tələb olunarsa, İran və ABŞ arasında danışıqları asanlaşdırmağa hazırdır.

Hələlik, ancaq biz hər iki tərəfə ..... bir-birimizlə qarşılıqlı münasibət qurmağa və bir-birimizlə ən qısa müddətdə razılığa gəlmək üçün daha müsbət və konstruktiv münasibət bəslədiyimiz mesajını veririk”.

Qətərin diplomatik xidmətinin rəhbəri daha sonra Qərbi Asiyada nüvə silahları yarışının dayandırılmasının Qətər və digər KƏŞ ölkələrinin marağında olduğunu vurğulayıb. /Deyerler/