0
Sunday 6 June 2021 - 10:04

ABŞ Çinə nifrət edir: Əsl səbəb budur - Puşkov

Story Code : 936556
ABŞ Çinə nifrət edir: Əsl səbəb budur - Puşkov
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

"Bu, onlar üçün ABŞ-ı onsuz da dünyanın aparıcı iqtisadi gücü mövqeyindən sıxışdıran Çinə nifrət etməyin başqa bir səbəbidir", - senator vurğulayıb.

Qeyd edək ki, daha öncə ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinin Uhan şəhərinə səfərinin nəticələri barədə hesabat yayıb. Hesabatda pandemiyanın böyük ehtimalla laboratoriyadakı sızıntı nəticəsində yayıldığı bildirilib.

ABŞ və digər 13 ölkə hesabatın dərc olunmasından narahatlığını bəyan edərək, istintaqın xeyli yubanma ilə aparıldığını və ÜST ekspertlərinin Çində virusun yayılması ilə bağlı tam məlumat əldə edə bilmədiklərini qeyd ediblər.