QR CodeQR Code

İranın Azərbaycandakı səfirliyi jurnalistlərimizin şəhid olması ilə bağlı başsağlığı verib

6 Jun 2021 00:00

İslamTimes: İranın Azərbaycandakı səfirliyi Azərbaycan televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) jurnalislərinin şəhid olması ilə bağlı başsağlığı verib.


SalamNews xəbər verir ki, İranın Azərbaycandakı səfirlyi jurnalistlərimizin şəhid olması ilə bağlı rəsmi facebook səhifəsi vasitəsilə başsağlığı verib.

Başsağlığında deyilir:

“İran İslam Respublikasının Səfirliyi Azərbaycan Respublikasının önəmli media qurumlarının iki günahsız və zəhmətkeş jurnalistinin şəhid olması ilə əlaqədar başsağlığı verir və onların ailələrinə səbr diləyir. Uca Allaha dua edərək əziz şəhidlərin ruhuna rəhmət diləyirik.”


Story Code: 936557

News Link :
https://www.islamtimes.org/az/news/936557/iranın-azərbaycandakı-səfirliyi-jurnalistlərimizin-şəhid-olması-ilə-bağlı-başsağlığı-verib

Islam Times
  https://www.islamtimes.org