QR CodeQR Code

ABŞ-da silahlı insident olub, ölənlər və yaralılar var

6 Jun 2021 23:30

İslamTimes: ABŞ-ın Florida ştatının Mayami dairəsində qəlyan barında atışma baş verib. Hadisə nəticəsində biri qadın olmaqla üç nəfər ölüb, daha 6 nəfər yaralanıb.


APA xəbər verir ki, bu barədə “Local 10 News” telekanalı polisə istinadən məlumat yayıb.

Mayami Polis Departamentinin direktoru Alfredo Ramiresin verdiyi məlumata görə, bazar günü səhər saatlarında naməlum şəxslər qəlyan barının çıxışında odlu silahdan atəş açıblar. Ölənlərdən biri həbsxanada nəzarətçi işləyən qadındır.

Yaralanan altı nəfər yerli xəstəxanaya aparılıb, onların vəziyyəti stabildir.

İnsidenti törədənlər hadisə yerindən qaçmağa çalışsalar da, avtomobillərdən biri yerli kollec şəhərciyinin divarına çırpılıb. Avtomobildə iki kişinin cəsədi və odlu silah tapılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.


Story Code: 936648

News Link :
https://www.islamtimes.org/az/news/936648/abş-da-silahlı-insident-olub-ölənlər-və-yaralılar-var

Islam Times
  https://www.islamtimes.org