QR CodeQR Code

ABŞ dövlət katibi Rusiyanı hədələdi: “Hər bir hərəkətlərinə görə cavab verəcəklər”

7 Jun 2021 01:35

İslamTimes: ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Vaşinqtonun “təcavüzkarlıq” hesab etdiyi hər bir hərəkətə cavab verəcəyi ilə hədələyib.


Teleqraf.com xəbər verir ki, dövlət katibi bunu “Axios”a müsahibə zamanı söyləyib.

“Biz açıq şəkildə bildirdik ki, əgər Moskva bizə və müttəfiqlərimizə qarşı ehtiyatsız davranacaqsa, biz ölçü götürəcəyik”, - deyə Blinken bildirib.

Dövlət katibi, həmçinin, ABŞ-ın Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaq istədiyini də sözlərinə əlavə edib.


Story Code: 936660

News Link :
https://www.islamtimes.org/az/news/936660/abş-dövlət-katibi-rusiyanı-hədələdi-hər-bir-hərəkətlərinə-görə-cavab-verəcəklər

Islam Times
  https://www.islamtimes.org