0
Monday 7 June 2021 - 02:33

“Ali baş komandan olsaydım, özümü güllələyərdim” - Serj Sarqsyan

Story Code : 936661
“Ali baş komandan olsaydım, özümü güllələyərdim” - Serj Sarqsyan
Modern.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan Cermukda "Şərəfim var" blokunun fəalları ilə görüşündə deyib.

“Bu gün 6 nəfəri əsir götürdülər, sabah 16 nəfəri, ertəsi gün 36 nəfəri alacaqlar, sonra nə olacaq? Bir az da ləyaqəti olsaydı, intihar edərdi. And içirəm, ali baş komandan olsaydım və belə bir vəziyyət olsaydı, sadəcə özümü güllələyərdim.

5000 ölüm varsa, belə həyat kimə lazımdır? Mən koronavirusdan 5000 ölümü demirəm. Azərbaycanlılar sizə sadəcə istehza edirlər, sizə heç nə vermirlər və “Sən kimsən ki? Səni məğlub etdim. Sən sadəcə bir bezsən" deyirlər", deyə - Sarqsyan hazırkı Ermənistan hakimiyyətindən narazılığını ifadə edərkən bildirib.