QR CodeQR Code

ABŞ Rusiyaya qarşı tədbir görəcək - Blinken

7 Jun 2021 08:46

İslamTimes: Rusiya Amerikaya və ya onun müttəfiqlərinə qarşı aqressiv və ya məntiqsiz hərəkət etməyə qərar verərsə, Amerika Birləşmiş Ştatları tədbir görəcək.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken "Axios" informasiya portalına müsahibəsində deyib.

ABŞ diplomatiyasının rəhbəri bu yaxınlarda rusiyalı hakerlər tərəfindən Amerika şirkətlərinə qarşı təşkil edilən kiberhücumlar haqqında sualı belə cavablayıb:

"Biz Rusiya ilə daha sabit və proqnozlaşdırıla bilən münasibətlər qurmaq istərdik. Aydın şəkildə bildirdik ki, əgər Rusiya bizə və ya müttəfiqlərimizə, tərəfdaşlarımıza qarşı aqressiv hərəkət etməyə qərar verərsə, cavab tədbirləri görəcəyik".


Story Code: 936695

News Link :
https://www.islamtimes.org/az/news/936695/abş-rusiyaya-qarşı-tədbir-görəcək-blinken

Islam Times
  https://www.islamtimes.org