QR CodeQR Code

Sionist rejim "Bayraq yürüşü"nü ləğv etmək məcburiyyətində qaldı

7 Jun 2021 21:47

İslamTimes: İşğalçı İsrail rejimi Qüds şəhərində 10 iyunda "Bayraq yürüşü" keçirmək planını ləğv etmək məcburiyyətində qalıb.


Sionist rejimin "Haaretz" qəzetinin verdiyi məlumata görə, işğalçı İsrail rejimi Qüds şəhərində "Bayraq yürüşü" keçirmək niyyətində olsa da, bu qərarı ləğv etmək məcburiyyətində qalıb. Yürüşün ləğv edilməsinə səbəb isə Fələstinin "Həmas" Müqavimət Hərəkatının bu tədbirlə bağlı xəbərdarlığı olub.

Sionist rejim polisi bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı yaranmış nigarançılıq səbəbindən 10 iyun tarixində bayraq yürüşü iştirakçılarının müsəlmanlar yaşayan məntəqələrdən keçməsinə icazə verilməyəcək.

Bu xəbərdən sonra ifratçı sionist rejim partiyaları bəynat verərək, yürüşün ləğv edilməsinə etiraz ediblər və bu qərarın Həmas qarşısında məğlubiyyəti qəbul etmək anlamına gəldiyini söyləyiblər.


Story Code: 936810

News Link :
https://www.islamtimes.org/az/news/936810/sionist-rejim-bayraq-yürüşü-nü-ləğv-etmək-məcburiyyətində-qaldı

Islam Times
  https://www.islamtimes.org