0
Monday 7 June 2021 - 21:47

Sionist rejim "Bayraq yürüşü"nü ləğv etmək məcburiyyətində qaldı

Story Code : 936810
Sionist rejim "Bayraq yürüşü"nü ləğv etmək məcburiyyətində qaldı
Sionist rejimin "Haaretz" qəzetinin verdiyi məlumata görə, işğalçı İsrail rejimi Qüds şəhərində "Bayraq yürüşü" keçirmək niyyətində olsa da, bu qərarı ləğv etmək məcburiyyətində qalıb. Yürüşün ləğv edilməsinə səbəb isə Fələstinin "Həmas" Müqavimət Hərəkatının bu tədbirlə bağlı xəbərdarlığı olub.

Sionist rejim polisi bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı yaranmış nigarançılıq səbəbindən 10 iyun tarixində bayraq yürüşü iştirakçılarının müsəlmanlar yaşayan məntəqələrdən keçməsinə icazə verilməyəcək.

Bu xəbərdən sonra ifratçı sionist rejim partiyaları bəynat verərək, yürüşün ləğv edilməsinə etiraz ediblər və bu qərarın Həmas qarşısında məğlubiyyəti qəbul etmək anlamına gəldiyini söyləyiblər.