QR CodeQR Code

PKK-nı silahlandıran ölkələrin adı açıqlandı

22 Aug 2011 04:39

IslamTimes - PKK-nın əlindəki silahların mənşəyi ilə bağlı aparılan araşdırma zamanı bu silahların əsasən Rusiya, Çin, ABŞ, Almaniya, Belçika və Fransa istehsalı olduğu aşkarlanıb.


Türkiyə Silahlı Qüvvələrinin Qərargahının bu məsələ ilə bağlı apardığı araşdırmalara görə PKK 8 ölkə tərəfindən istehsal olunan minadan istifadə edir. Bu minalar içində ən böyük pay İtaliyaya məxsusudur.

24saat.az xəbər verir ki, istefada olan polkovnik-leytenant Tevfik Dikərin verdiyi bilgiyə görə PKK-nın silah-sursat siyahısı belədir:

Kalaşnikov: Ələ keçirilən və mənşəyi tam olaraq bilinən 4500 Kalaşnikovdan (AK-47) 100-də 71,6-sı Rusiya, 100-də 14,7-si Çin, 100-də 3,6-s Macarıstan, 100-də 3,6-sı isə Bolqarıstana aiddir.

Snayper: Ələ keçirilən 5 min 713 snayperdən 100-də 45,2-si Rusiya, 100-də 13,2-si İngiltərə, 100-də 9,4-ü isə ABŞ-a məxsusdur.
Raketlər: PKK-nın terror aktlarında geniş istifadə etdiyi raketlərdən 610-u üzərində aparılan incələmə zamanı bunlardan 313-nün mənşəyi bəlli olub. Bunların da 100-də 85-inin Rusiya, 100-də 5,4-nün Iraq, 100-də 2.5-nin Çin mənşəli olduğu aşkarlanıb.
Tapança: 2885 tapançadan 2208-nin mənşəyi üzə çıxarılıb. Bu silahların 100-də 21,9-u keçmiş Çexoslovakiya, 100-də 20,2-si İspaniya, 100-də 19,8-i İtaliyaya məxsusdur.

Qumbara: 3490 qumbaradan 136-nın mənşəyi bilinib. Bunların 100-də 72-si Rusiya, 100-də 19,8-i ABŞ, 100-də 8-i isə Almaniyaya aiddir.
Minalar: Tapılan 11568 minadan 8015-nin hansı ölkələrə məxsus olduğu bəlli olub. Bu minalarin 100-də 60,8-i İtaliya, 100-də 28,3-ü Rusiya, 100-də 6,2-sinin isə Almanya istehsalı olduğu aşkarlanıb.


Story Code: 93682

News Link :
https://www.islamtimes.org/az/news/93682/pkk-nı-silahlandıran-ölkələrin-adı-açıqlandı

Islam Times
  https://www.islamtimes.org