0
Monday 7 June 2021 - 23:21

Qəddar sionist rejimdən daha bir qeyri-insani addım

Story Code : 936827
Qəddar sionist rejimdən daha bir qeyri-insani addım
Əl-Ghad TV-nin məlumatına görə, Qəzzə zolağındakı xəstəxanalarda olan yaralı uşaqların müalicəsi üçün xüsusi tibbi avadanlıqlar olmadığından bu uşaqların xarici ölkələrə köçürülmə zərurəti yaranıb.

Amma işğalçı İsrail rejimi bu uşaqların xarici ölkələrdə müalicə almasına mane olur. Körpələrin belə Qəzza zolağından çıxışına icazə verilmir. Qəzza zolağındakı Beyt Hanun keçidi, sionist rejimlə son qarşıdurmadan bəri fələstinli xəstələr və yaralılar üçün qapadılıb.

Azyaşlı Fərah Ramazan Bayramı günü gəlincik almaq sevinci ilə evdən çıxan fələstinli qızdır. Ancaq o Sionist rejim qırıcılarından atılan raketlərə hədəf oldu ​​və ağır yaralandı. Bu gün o ayağının amputasiya edilmə riski ilə üzləşib.

Fərah kimi minlərlə yaralı fələstinli müalicələrini başa çatdırmaq üçün xaricə köçürülməsi intizarındadır.