0
Tuesday 8 June 2021 - 01:40

AB-nin bu qərarı demokratikdir, bizimki isə... - Altun

Story Code : 936858
AB-nin bu qərarı demokratikdir, bizimki isə... - Altun
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Tvitter hesabında yazıb.

"Məsələ Avropa Birliyi olanda terror məzmununun rəqəmsal platformalardan qaldırılması demokratikdir, ancaq internet ortamında törədilən cinayətlərlə mübarizə aparmaq haqsızlıqdır? Kiberhücumlarla mübarizə bizim suveren hüququmuzdur", - Altun vurğulayıb.

Qeyd edək ki, AB-nin yeni qəbul etdiyi qanuna əsasən, üzv ölkələrdən hər hansı birinin istəyi ilə terror məzmunu daşıyan bir məlumat maksimum 1 saat ərzində beynəlxalq rəqəmsal platformalarından silinməlidir. Əks halda, sözügedən platformalar sanksiyaya məruz qalacaq.