QR CodeQR Code

Sudanda qəbilələr arasında qarşıdurmada 36 nəfər ölüb, 32 nəfər yaralanıb

8 Jun 2021 07:27

İslamTimes: Sudanın Cənubi Darfur əyalətində yerli qəbilələr arasında qarşıdıurma nəticəsində azı 36 nəfər ölüb, 32 nəfər yaralanıb.


APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Darfur əyalətinin valisi Musa Mehdi bildirib.

Onun sözlərinə görə, qarşıdurma Mandaşa, Marmasa və Majanqari bölgələrindəki qəbilə komponentləri arasında baş verib: “Tərəflər arasında şənbə günü başlayan dava bazar gününədək davam edib. Dövlət təhlükəsizlik qüvvələri bölgəyə gələndən sonra vəziyyət stabilləşib”.

Yerli medianın verdiyi məlumata görə, qarşıdurma Falata və Əl-Taişa qəbilələri arasında olub.


Story Code: 936880

News Link :
https://www.islamtimes.org/az/news/936880/sudanda-qəbilələr-arasında-qarşıdurmada-36-nəfər-ölüb-32-yaralanıb

Islam Times
  https://www.islamtimes.org