0
Tuesday 8 June 2021 - 07:27

Sudanda qəbilələr arasında qarşıdurmada 36 nəfər ölüb, 32 nəfər yaralanıb

Story Code : 936880
Sudanda qəbilələr arasında qarşıdurmada 36 nəfər ölüb, 32 nəfər yaralanıb
APA “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Darfur əyalətinin valisi Musa Mehdi bildirib.

Onun sözlərinə görə, qarşıdurma Mandaşa, Marmasa və Majanqari bölgələrindəki qəbilə komponentləri arasında baş verib: “Tərəflər arasında şənbə günü başlayan dava bazar gününədək davam edib. Dövlət təhlükəsizlik qüvvələri bölgəyə gələndən sonra vəziyyət stabilləşib”.

Yerli medianın verdiyi məlumata görə, qarşıdurma Falata və Əl-Taişa qəbilələri arasında olub.