0
Tuesday 8 June 2021 - 08:00

Sionist rejimin Ali Məhkəməsi Şeyx Cərrah məhəlləsi haqqında qərar verəcək

Story Code : 936883
Sionist rejimin Ali Məhkəməsi Şeyx Cərrah məhəlləsi haqqında qərar verəcək
İşğalçı İsrail rejiminin baş prokuroru Avixa Mendelbit bu gün fələstinli ailələrin Şeyx Cərrahdan köçürülməsinə müdaxilə etməyəcəyini vurğulayıb.

Sionist rejimin Kanal 12 televiziyası Mendelebitə istinadən Sionist Ali Məhkəmənin tezliklə Şeyx Cərrah məhəlləsinə qərar verəcəyini söyləyib.

Əl-Kufiya şəbəkəsinin yazdığına görə Mendelbit sionist rejim kabinetinin Şeyx Cərrahın qanuni işlərinə qarışmayacağını və məhkəmənin yaxın bir neçə gündə qərarını verəcəyini söyləyib.

Bundan əvvəl sionist rejimdəki bir məhkəmə, işğal altındakı Qüds şəhərindəki Şeyx Əl-Cərrah məhəlləsinin torpaqlarına əl qoyma qərarı çıxarmışdı. Nəticədə, bu məhəllədə çoxlu sayda qarşıdurma yaşandı və bu məhkəmə qərarı Fələstin müqavimət qruplarının kəskin reaksiyasına səbəb oldu və sionist rejimlə son müharibənin əsas səbəblərindən biri bu oldu. Deyerler