QR CodeQR Code

İran parlamenti Ruhanini ciddi qanun pozuntusunda ittiham etdi

8 Jun 2021 15:46

İslamTimes: İran parlamenti ölkə prezidenti Həsən Ruhanini ciddi qanun pozuntusunda ittiham edərək, onun məsuliyyətə cəlb edilməsinin lehinə səs verib.


Bu barədə "Fars News" agentliyi məlumat yayıb.
Məlumata görə, parlamentin 182 üzvü Ruhaninin konstitusiyanın 77 və 125-ci maddələrini kobud şəkildə pozduğu üçün onun məhkəmə tərəfindən məsuliyyətə cəlb edilməsinin lehinə səs verib. Sözügedən iki qanun xarici dövlətlərlə imzalanan sazişlərə ölkə parlamenti tərəfindən baxılmasını vacib bilir. Parlamentin ittihamlara əsasən isə Prezident Administrasiyası bu qanunu ciddi şəkildə pozub. /Eastnews/

 


Story Code: 936965

News Link :
https://www.islamtimes.org/az/news/936965/iran-parlamenti-ruhanini-ciddi-qanun-pozuntusunda-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org