0
Tuesday 8 June 2021 - 19:48

İran Yəməndə sülhün bərqərar olunmasında yardımçı olmağa hazırdır

Story Code : 936984
İran Yəməndə sülhün bərqərar olunmasında yardımçı olmağa hazırdır
İran rəsmiləri ilə məsləhətləşmələri davam etdirmək üçün Tehrana səfər edən BMT Baş Katibinin Yəmən üzrə Xüsusi Nümayəndəsi Martin Qriffits, bu gün İran İslam Respublikası Xarici İşlər Nazirinin baş müşaviri Əli Əsgər Xaci ilə görüşüb. Görüşdə Yəməndə baş verən son hadisələr müzakirə edilib.

Danışıqlar zamanı Yəməndəki son siyasi və regional vəziyyət, xüsusilə də Qriffitsin Səna şəhərinə son səfəri, o cümlədən Mərib əyalətindəki durum, Yəmən xalqına qarşı iqtisadi mühasirənin aradan qaldırılmasının vacibliyi, sülhün bərqərar olunması və Safir gəmisindən neft sızması ehtimalı ilə bağlı təhlükə müzakirə edilib.

İran İslam Respublikası Yəməndə sülhün bərqərar olunması üçün hərtərəfli kömək etməyə hazır olduğunu bildirib.