0
Tuesday 8 June 2021 - 23:54

Şimali Koreya: İsrail Qəzzanı "qurbangah"a çevirdi

Story Code : 937038
Şimali Koreya: İsrail Qəzzanı "qurbangah"a çevirdi
Şimali Koreya Xarici İşlər Nazirliyi, İsrailin işğal altındakı Fələstinə son təcavüzünü pisləyən bir bəyanat yayaraq, sionist rejimin Qəzzanı insanlar, xüsusən də uşaqlar üçün bir qurbangaha çevirdiyini qeyd edib.

Newsweek-in verdiyi məlumata görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi, fələstinli uşaqları öldürüb, onların başına bomba ələdiyi üçün işğalçı İsrail rejimini sərt şəkildə tənqid edib.

Bəyanatda deyilir: "İsrailin çiçək açmamış tumurcuqlara bənzəyən uşaqları öldürməsi dəhşətli cinayət, bəşəriyyətin gələcəyi, insanlıq əleyhinə bir cinayətdir."

Açıqlamada əlavə edilib ki, Şimali Koreya Xarici İşlər Nazirliyi İsrailin fələstinlilərə qarşı etdiyi son vəhşiliyi qınayır: “Qəzza zolağı böyük insanların qurbangahına və uşaqların qətliamı üçün bir məkana çevrilib..."