QR CodeQR Code

Şimali Koreya: İsrail Qəzzanı "qurbangah"a çevirdi

إسلام تايمز , 8 Jun 2021 23:54

İslamTimes: Şimali Koreya Xarici İşlər Nazirliyi İsrailin Qəzza xalqına qarşı son 12 günlük təcavüzünə münasibət bildirib.


Şimali Koreya Xarici İşlər Nazirliyi, İsrailin işğal altındakı Fələstinə son təcavüzünü pisləyən bir bəyanat yayaraq, sionist rejimin Qəzzanı insanlar, xüsusən də uşaqlar üçün bir qurbangaha çevirdiyini qeyd edib.

Newsweek-in verdiyi məlumata görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyi, fələstinli uşaqları öldürüb, onların başına bomba ələdiyi üçün işğalçı İsrail rejimini sərt şəkildə tənqid edib.

Bəyanatda deyilir: "İsrailin çiçək açmamış tumurcuqlara bənzəyən uşaqları öldürməsi dəhşətli cinayət, bəşəriyyətin gələcəyi, insanlıq əleyhinə bir cinayətdir."

Açıqlamada əlavə edilib ki, Şimali Koreya Xarici İşlər Nazirliyi İsrailin fələstinlilərə qarşı etdiyi son vəhşiliyi qınayır: “Qəzza zolağı böyük insanların qurbangahına və uşaqların qətliamı üçün bir məkana çevrilib..."


Story Code: 937038

News Link :
https://www.islamtimes.org/az/news/937038/şimali-koreya-israil-qəzzanı-qurbangah-a-çevirdi

Islam Times
  https://www.islamtimes.org