0
Wednesday 9 June 2021 - 09:11

Əfqanıstanda Britaniya-Amerika təşkilatının 10 minatəmizləyəni maskalılar tərəfindən öldürülüb

Story Code : 937086
Əfqanıstanda Britaniya-Amerika təşkilatının 10 minatəmizləyəni maskalılar tərəfindən öldürülüb
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli televiziya kanalı “1TV” özəl mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, hücum ölkənin şimal-şərqindəki Bağlan əyalətində, Mərkəzi Bağlan bölgəsində baş verib. Silahlı şəxslər 14 işçini də yaralayıblar.

Rəsmilərin bildirdiyinə görə, hücumu radikal “Taliban” hərəkatının silahlıları həyata keçirib.