QR CodeQR Code

İrana qarşı bir çox qadağa yenə qüvvədə qalacaq

9 Jun 2021 12:45

İslamTimes: İran nüvə anlaşmasına geri qaytarılacağı təqdirdə bəzi sanksiyalar ləğv ediləcək, ancaq bir çox sanksiya qüvvədə qalacaq.


Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Entoni Blinken çıxış edib.

"İranın yenidən anlaşmaya geri qayıtması üçün lazım olanları etməyə istəkli olub-olmadığını bilmirik. Yəni bunun reallaşıb-reallaşmayacağını görəcəyik", - Blinken deyib.

Qeyd edək ki, "5+1" ölkələri arasında aparılan nüvə danışıqlarında irəliləyiş əldə edilib. Bir neçə il öncə razılaşmanı pozaraq, HBFP sazişini pozan ABŞ-ın İrana tətbiq etdiyi bəzi sanksiyaları ləğv etməyə razılaşdığı xəbərləri yayılıb.


Story Code: 937130

News Link :
https://www.islamtimes.org/az/news/937130/irana-qarşı-bir-çox-qadağa-yenə-qüvvədə-qalacaq

Islam Times
  https://www.islamtimes.org