QR CodeQR Code

Bir qrup yəhudi yenə Əqsaya basqın etdi

9 Jun 2021 19:56

İslamTimes: İsrail polisinin müşayiəti ilə xeyli sayda fanatik yəhudi işğal altında olan Şərqi Qüdsün Qədim Şəhərindəki Məscidül-Əqsanın həyətinə daxil olub.


Qüds İslami Vəqflər İdarəsi tərəfindən verilən yazılı açıqlamada 78 nəfər fanatik yəhudinin Məscidül-Əqsanın cənub-qərbindəki əl-Məğarib (Mərakeş) qapısından məscidin həyətinə basqın etdiyi qeyd edilib.
İsrail polisinin mühafizəsi altında olan yəhudi qrupun məscidin həyətlərində gəzdikdən sonra Məscidül-Əqsanı tərk etdiyi qeyd edilib.
Dünən isə 128 nəfər fanatik yəhudi Məscidül-Əqsaya basqın etmişdi. /Eastnews/

 


Story Code: 937199

News Link :
https://www.islamtimes.org/az/news/937199/bir-qrup-yəhudi-yenə-əqsaya-basqın-etdi

Islam Times
  https://www.islamtimes.org