0
Wednesday 9 June 2021 - 22:31

Çin: ABŞ-ın Covid-19 la bağlı iddiaları fantaziyadır

Story Code : 937215
Çin: ABŞ-ın Covid-19 la bağlı iddiaları fantaziyadır
Çin hökumətinin rəsmi tribunası hesab edilən "Xalq qəzeti"ndə dərc edilən məqalədə deyilir: "ABŞ-ın Covid-19-un laboratoriyadan sızması ilə bağlı ittihamları dəfələrlə dilə gətirməsi gülüncdür".

Məqalədə qeyd edilib ki, ABŞ-ın Covid-19 pandemiyasının mənşəyi ilə bağlı apardığı araşdırmalar sadəcə bir bəhanədir və məqsəd Çinə qarşı siyasi arenada təzyiqləri artırmaqdır.

Qeyd edək ki, Covid-19 pandemiyası başlayan gündən ABŞ rəsmiləri bu virusa "Çin virusu", "Uhan virusu" kimi adlar verməklə Çinə qarşı anti-təbliğata start verib.