QR CodeQR Code

Çin: ABŞ-ın Covid-19 la bağlı iddiaları fantaziyadır

إسلام تايمز , 9 Jun 2021 22:31

İslamTimes: Çin dövləti ABŞ hökumətinin koronavirusun laboratoriyadan yayılma ehtimalı ilə bağlı son fərziyyələrini axmaq, gülünc hücum planı adlandırıb.


Çin hökumətinin rəsmi tribunası hesab edilən "Xalq qəzeti"ndə dərc edilən məqalədə deyilir: "ABŞ-ın Covid-19-un laboratoriyadan sızması ilə bağlı ittihamları dəfələrlə dilə gətirməsi gülüncdür".

Məqalədə qeyd edilib ki, ABŞ-ın Covid-19 pandemiyasının mənşəyi ilə bağlı apardığı araşdırmalar sadəcə bir bəhanədir və məqsəd Çinə qarşı siyasi arenada təzyiqləri artırmaqdır.

Qeyd edək ki, Covid-19 pandemiyası başlayan gündən ABŞ rəsmiləri bu virusa "Çin virusu", "Uhan virusu" kimi adlar verməklə Çinə qarşı anti-təbliğata start verib.


Story Code: 937215

News Link :
https://www.islamtimes.org/az/news/937215/çin-abş-ın-covid-19-la-bağlı-iddiaları-fantaziyadır

Islam Times
  https://www.islamtimes.org