0
Thursday 10 June 2021 - 10:17

ABŞ-da hərbi bazada atışma oldu

Story Code : 937289
ABŞ-da hərbi bazada atışma oldu
ABŞ-ın Texas ştatında yerləşən San Antonio hərbi bazası atışma səbəbindən bağlanıb.

Publika.az xəbər verir ki, bu barədə hərbi bazanın "Twitter" səhifəsində bildirilib.

Yerli BNO portalı bildirib ki, atışma San Antonio birləşmiş bazasına daxil olan Laklend Hava Qüvvələrinin Təlim Bazasında baş verib. Hadisə yerinə polis və digər fövqəladə xidmətləri gəlib.

Məlumata əsasən, atışma nəticəsində xəsarət alan yoxdur.