QR CodeQR Code

İranın hərbi gəmiləri Atlantik okeanına daxil olub

10 Jun 2021 16:23

İslamTimes: İranın "Səhənd" və "Makran" hərbi gəmiləri Atlantik okeanına daxil olub.


SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkə ordusunun Koordinasiya mərkəzinin komandan müavini kontr-admiral Həbibulla Səyyari məlumat verib.

İran hərbi rəsmisi bildirib ki, “Səhənd” destroyeri və “Makran” gəmisi ötən günlərdə heç bir ölkənin limanında dayanmadan hərəkət edib və bu gün Atlantik okeanı sularına daxil olub.

Qeyd edək ki, bu gəmilərin məqsədi Venesueladır.

ABŞ mənbələri bundan öncə İran hərbi gəmilərinin Venesuela istiqamətində üzməsi haqda xəbərdarlıq etmişdilər.


Story Code: 937329

News Link :
https://www.islamtimes.org/az/news/937329/iranın-hərbi-gəmiləri-atlantik-okeanına-daxil-olub

Islam Times
  https://www.islamtimes.org