QR CodeQR Code

Yəmən HƏMAS əsirləri ilə bağlı təklif irəli sürüb

10 Jun 2021 17:12

İslamTimes: Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi Səudiyyə Ərəbistanı həbsxanalarında saxlanılan Fələstinin HƏMAS hərəkatının rəsmiləri ilə bağlı açıqlama verib.


O vurğulayıb ki, Yəmən hökuməti əlindəki Səudiyyə Ərəbistanı əsir əsgərləri ilə HƏMAS rəsmilərini dəyişməyə hazırdır.
"Biz təklifimizi qarşı tərəfə rəsmi olaraq da təqdim etmişik. Lakin cavab verilməyib", - deyə Məhəmməd Əli Husi diqqətə çatdırıb.
Məhəmməd Əli Husi qeyd edib ki, Yəmən hökuməti Fələstin xalqı ilə daim həmrəydir. /Eastnews/


Story Code: 937334

News Link :
https://www.islamtimes.org/az/news/937334/yəmən-həmas-əsirləri-ilə-bağlı-təklif-irəli-sürüb

Islam Times
  https://www.islamtimes.org