0
Saturday 12 June 2021 - 08:48

ABŞ-da növbəti atışma

Story Code : 937623
ABŞ-da növbəti atışma
APA yerli “WJCL” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 21:00 radələrində polis bölməsindən bir qədər aralıda qeydə alınıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri 2 yaşlı uşaq, digəri isə 13 yaşlı yeniyetmədir.

Hadisəni törədən şəxs axtarılır, atışmanın hansı səbəbdən baş verdiyi məlum deyil.