0
Saturday 12 June 2021 - 09:00

Putin Baydenin ona qatil deməsindən narahat deyil

Story Code : 937627
Putin Baydenin ona qatil deməsindən narahat deyil
“Report” xəbər verir ki, bu barədə Putin “NBC”yə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, Bayden Putini qatil adlandırmışdı.

“Mən həmişə Rusiya xalqının və Rusiya dövlətinin maraqları naminə fəaliyyət göstərmişəm. Fərqli etiketlər isə narahat olduğum bir şey deyil. Prezident Bayden, əlbəttə ki, Trampdan çox fərqlənir. Ağ evin hazırkı rəhbəri praktiki olaraq ömrünün böyük hissəsini siyasətə həsr edib. Ümid edirəm ki, amerikalı həmkarım heç bir impulsiv addım atmayacaq”, - Putin deyib