QR CodeQR Code

Çindən Yaponiyaya: Dərhal səhvini düzəlt!

12 Jun 2021 10:20

İslamTimes: Yaponiyanın Tayvanı ölkə olaraq adlandırmasını qətiyyən qəbul etmirik və bu, Çinin daxili işlərinə qarışmaq deməkdir.


Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.

O bildirib ki, Yaponiya tərəfi bu açıqlaması ilə 4 siyasi qətnaməni kobud şəkildə pozur:

“Yaponiya dərhal səhvini düzəltməli, açıqlama və addımlarında diqqətli olmalıdır”.

Qeyd edək ki, Yaponiya Baş naziri Suqa Yoşihide Tayvanın koronavirusla mübarizədə öncül ölkələrdən birini olduğunu açıqlamışdı.

Məlumat üçün bildirək ki, Tayvan siyasi və iqtisadi baxımdan Çin Respublikasına aiddir.


Story Code: 937655

News Link :
https://www.islamtimes.org/az/news/937655/çindən-yaponiyaya-dərhal-səhvini-düzəlt

Islam Times
  https://www.islamtimes.org