0
Saturday 12 June 2021 - 13:21

Hindistanda bir gündə koronavirusdan 4 min nəfər ölüb

Story Code : 937688
Hindistanda bir gündə koronavirusdan 4 min nəfər ölüb
Ötən gün Hindistanda koronavirusa yoluxanların sayı 84 695 nəfər artaraq 29 358 033 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Rifah Nazirliyinin saytında məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində infeksiya ilə bağlı ölüm hallarının sayı 4 000 nəfər artaraq 367 097 nəfərə çatıb.

Nazirliyin məlumatına görə, mülaicə alaraq sağalan şəxslərin ümumi sayı 27 901 688 nəfərdir. Bundan əlavə, ölkədə aktiv xəstə sayı 1 089 248 təşkil edir.