QR CodeQR Code

Çinli diplomat: Sanksiyaların ləğvi İranla bağlı razılaşmanın açarıdır!

إسلام تايمز , 12 Jun 2021 21:20

İslamTimes: Çin: Rəsmi Tehrana qarşı sanksiyaların ləğvi nüvə proqramı ilə bağlı hər hansı bir razılaşmanın açarı ola bilər


Çinin Vyanada keçirilən Hərtərəfli Birgə Fəaliyyət Planının bərpası ilə bağlı danışıqlarda təmsilçisi bildirib:
Rəsmi Tehrana qarşı sanksiyaların ləğvi İranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma üçün açar ola bilər. Hər iki tərəf həll yolu tapılmasında israrlıdır, lakin həll olunmamış bəzi məsələlər var.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov da bu gün Twitterdə yazıb: "Hərtərəfli Birgə Fəaliyyət Planının Birgə Komissiyası bu gün Vyana danışıqlarının altıncı raunduna start verdi. Bütün iştirakçılar danışıqları uğurla başa vurmaq əzmində olduqlarını təsdiqlədilər. Hamımız ən qısa müddətdə razılaşma əldə edilməsini istəyirik, amma son nəticənin hərtərəfli, keyfiyyəti olması hər şeydən üstündür."

 


Story Code: 937773

News Link :
https://www.islamtimes.org/az/news/937773/çinli-diplomat-sanksiyaların-ləğvi-iranla-bağlı-razılaşmanın-açarıdır

Islam Times
  https://www.islamtimes.org