QR CodeQR Code

ABŞ-ın təhdidindən sonra Çin hərəkətə keçdi

إسلام تايمز , 13 Jun 2021 01:14

İslamTimes: Çin ordusu ABŞ gəmilərinin qatili kimi tanınan ballistik raketi üzə çıxardı


ABŞ senatorlarının Tayvana son təxribatçı səfərindən sonra Çin ordusu ABŞ təyyarə daşıyan gəmilərinə hücum üçün nəzərdə tutulmuş ballistik raketləri və onların nəyə qadir olduğunu nümayiş etdirdi.

Washington Examiner veb saytının verdiyi xəbərə görə, yüksəkrütbəli Çin rəsmisi Ciang Fenq deyib ki, bu ölkə öncədən elan edilməmiş quru-dəniz təlimlərində ABŞ təyyarə daşıyan gəmilərinin qatili olaraq tanınan "Dongfeng-26" raketlərini nümayiş etdirib.

Yüksək Çin rəsmisi əlavə edib: "Biz tez-tez qoşunların bacarıqlarını yoxlamaq üçün hücum hədəfini, öz qərargahlarımızı dəyişdiririk. Bunun üçün də daim müharibəyə hazır vəziyyətdəyik."


 


Story Code: 937781

News Link :
https://www.islamtimes.org/az/news/937781/abş-ın-təhdidindən-sonra-çin-hərəkətə-keçdi

Islam Times
  https://www.islamtimes.org