QR CodeQR Code

Bəşar Əsəddən növbəti əfv

إسلام تايمز , 12 Jun 2021 23:39

İslamTimes: Bu yaxınlarda bir sıra məhbusları əfv edən Suriya prezidenti bu gün daha 30 nəfərin azadlığa buraxılması barədə sərəncam imzalayıb


Russia Today-in verdiyi məlumata görə, Suriyanın Dəməşq şəhəri səlahiyyətliləri bildirib ki, Prezident Bəşər Əsədin əmri ilə 30 məhbus sərbəst buraxılıb.

Azad olunanların əlinin kiminsə qanına bulaşmadığı, heç kimin canına qəsd etmədiyi bidirilir. Məhbusların azalığa qovuşması Dəməşq meri və Ərbin şəhəri əhalisinin iştirakı ilə baş tutan mərasimdə gerçəkləşib.

Qeyd edək ki, prezident Bəşar Əsəd bu ay Dəməşqin Duma şəhərində həbs edilmiş bir çox məhbusun da sərbəst buraxılması göstərişini vermişdi.

İŞİD üzərində qələbədən sonra Suriya xalqının böyük dəstəyini qazanan Bəşar Əsəd bu əfv sərəncamlarını xalqa verdiyi vədləri əsasında imzalayıb.

 


Story Code: 937783

News Link :
https://www.islamtimes.org/az/news/937783/bəşar-əsəddən-növbəti-əfv

Islam Times
  https://www.islamtimes.org