0
Saturday 12 June 2021 - 23:53

BMT-yə borcunu ödəyən İran yenidən səsvermə hüququ qazandı

Story Code : 937784
BMT-yə borcunu ödəyən İran yenidən səsvermə hüququ qazandı
Publika.az xəbər verir ki, BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin quruma olan borcu son 2 ildə verdiyi ödənişdən çoxdursa, bu ölkənin BMT Baş Assambleyasında səsvermə hüququ dayandırılır.

BMT Baş Katibinin sözçülərindən olan Farhan Haq, İranın BMT-yə olan üzvlük haqqı borcunu ödədiyini açıqlayıb.

BMT-yə üzvlük haqqı borcu olan İran BMT Baş Assambleyasında səsvermə hüququnu bərpa etmək üçün lazım olan minimum 16 milyon dollar ödəmə reallaşdırıb və səsvermə hüququnu geri qazanıb.

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi, "Twitter" hesabından verdiyi açıqlamada ölkəsinin ABŞ-ın qanunsuz sanksiyaları səbəbindən BMT-yə borclarını ödəyə bilmədiyini vurğulayıb.

Məcid Taxt-Rəvançi "ABŞ-ın qanunsuz sanksiyaları xalqımızı yalnız dərmanlardan məhrum etmədi, həm də İranın BMT-yə borcunu ödəməsinə də mane oldu. 6 aydır bu məsələ üzərində işləyirik və BMT borcunu aldığını elan etdi. Bütün qeyri-insani sanksiyalar dərhal qaldırılsın" deyə bildirib.