0
Sunday 13 June 2021 - 08:58

Bayden G7 sammitində protokolu pozub

Story Code : 937812
Bayden G7 sammitində protokolu pozub
APA “Daily Star”a istinadən xəbər verir ki, qaydalara əsasən, Böyük Britaniya kraliçası II Elizabet də daxil olmaqla kral ailəsinin üzvləri tədbirə sonda qatılmalıdırlar. Ümumilikdə, qonaqlar bu müddətədək sammitə daxil olmalıdırlar. Bundan başqa, yalnız kraliça tədbirdən ayrıldıqdan sonra digər qonaqlar da tərk edə bilərlər.

Ancaq ABŞ prezidenti və onun xanımı bir neçə dəqiqə gecikmə ilə tədbirə sonuncu olaraq gəliblər. Bununla belə, kraliça ABŞ liderinə irad tutmayıb – bu, Co Baydenin prezident olduqdan sonra kraliça ilə ilk görüşü idi.

Qeyd edək ki, Ağ Evdə kraliça II Elizabetin titulu ilə bağlı iki dəfə səhvə yol verilib – Cen Psaki onu “İngiltərə kraliçası” adlandırıb (bu titul 1707-ci ildən bəri artıq istifadə olunmur).