0
Sunday 13 June 2021 - 20:55

Bennet Knessetdə Netanyahuya təşəkkür edib, İrandan danışdı

Story Code : 937878
Bennet Knessetdə Netanyahuya təşəkkür edib, İrandan danışdı
"Maariv" qəzetinin verdiyi məlumata görə, bu gün Knessetdə (işğalçı İsrail rejiminin parlamentində) sionist rejimin yeni koalisiya hökumətinin təsdiqlənməsi ilə bağlı iclas keçirilib. Sionist rejimin baş naziri postuna namizəd olan Naftali Bennet sözünə korrupsiyada günahlandırılan Benyamin Netanyahu və onun həyat yoldaşına təşəkkür etməklə başlayıb.

Amma Bennetin təşəkkürünə baxmayaraq, Netanyahunun partiya yoldaşlarından bəziləri (Likud partiyası üzvləri) səs tonlarını yüksəltməklə Bennetin çıxışına mane olublar.

Yaranmış gərginlikdən sonra bir neçə nümayəndə iclasdan qovulub.

Naftali Bennet həmçinin İranın nüvə proqramına xüsusi diqqət ayıracağını da bildirib.