0
Sunday 13 June 2021 - 23:26

"Türkiyə Səudiyyə rejiminə hərbi PUA satıb"

Story Code : 937909
"Türkiyə Səudiyyə rejiminə hərbi PUA satıb"
İşğalçı İsrail rejiminin "Israel Defense" saytının məlumatına görə, Türkiyə Səudiyyə Ərəbistanına bir neçə hərbi dron satıb.

Bu veb sayt iddia edib ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi sənədə görə, üç hərbi PUA Səudiyyə Ərəbistanına satılıb.

Məruzədə pilotsuz təyyarələrin adları tam olaraq göstərilməsə də onların aid olduğu növbdən məlum olur ki, PUA-lar "Bayrakdar" və "TB-2" növündəndir. Bu tip pilotsuz təyyarələr idarə olunan silahları daşıya bilir.

Qeyd edək ki, bundan öncə İslam dünyasında Yəmən xalqını qətliam edən Səudiyyə Ərəbistanına silah satılması xəbərləri etirazlarla qarşılanıb.