QR CodeQR Code

Fransa prezidenti ilə Britaniyanın baş naziri arasında mübahisə yaranıb

13 Jun 2021 23:51

İslamTimes: G7 zirvəsində Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında mübahisə yaranıb.


APA Reuters-ə istinadən xəbər verir ki, mübahisəyə səbəb Consonun daha çox bəhs etdiyi “Brexit” məsələsi olub.

Makron Boris Consonun gündəmdə bir çox mövzuların olduğu halda, diqqəti daha çox “Brexit” məsələsinə yönəltməsindən narahat olub və ona iradını bildirib.

"Britaniyanın Avropa Birliyindən çıxması üçün özünüz imza atdınız, o zaman nə etdiyinizi bilməliydiniz”, deyə Fransa Prezidenti Boris Consonu qınayıb.

Xatırladaq ki, Böyük Britaniya 1 fevral 2020-ci il tarixdən Avropa Birliyindən çıxıb. Bundan sonra tərəflər arasında ticarət razılaşmaları ilə əlaqəli bəzi problemlər yaranıb.


Story Code: 937911

News Link :
https://www.islamtimes.org/az/news/937911/fransa-prezidenti-ilə-britaniyanın-baş-naziri-arasında-mübahisə-yaranıb

Islam Times
  https://www.islamtimes.org